Əsas menyunu aç

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

397 məqalə

  • .
  • .
  • .
Yeni məqalələrdən bir nümunə

Aytən Qiyas-Rustəmova

Aytən Qiyas-Rustəmova

Aytən Qiyas-Rustəmova ( d.  15 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.

Yaxşı məqalələrdən nümunələr (6 dənə, avtomatik dəyişilir)

Rena Çiftçi

Rena Çiftçi

Rena Çiftçi (az.: Rəna Şakir qızı Mustafayeva‎) — azərbaycanlı Türkiyə alimi, Egey Universiteti (İzmir, Türkiyə), Dəqiq elmlər fakültəsi, Fizika bölməsi, Nüvə fizikası kafedrasının müdiri, fizika elmləri doktoru, dosent.

1975-ci ildə Şəki şəhərində anadan olub. Orta təhsilini 1982-1992-cı illərdə Şəki şəhərindəki 2 saylı məktəbdə, bakalavr təhsilini isə 1993-1997-ci illərdə Ankara Universitetinin Dəqiq elmlər fakültəsində (fizika bölməsi) alıb. Ankara Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında 1997-2000-ci illərdə magistraturanı, 2001-2006-cı illərdə isə doktoranturanı oxuyub. Türkiyənin və dünyanın sayılan nüvə fiziklərindən hesab olunur. Azərbaycan və türk dilləri ilə yanaşı rus və ingilis dillərini də mükəmməl bilir.


Seçilmiş məqalələrdən bir nümunə

Nuxa Üçmüqəddəs kilsəsi

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi və hal-hazırda da sağlam vəziyyətdə orada durur; ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır və içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

1851-ci ildən 1919-cu ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub.

Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər.

Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib.

Yeni materiallardan

Bilirsinizmi?

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır.



Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nukha-1907-2.png